Xəbər - Ceyhun Ələkbərov – Trend:
Vaksinasiya strategiyasına uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Sabahdan etibarən 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-dən AzerTimes-a verilən birgə məlumata görə, sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
Qeydiyyatdan necə keçməsi ilə bağlı aşağıdakı videodan tanış ola bilərsiniz.