5 ölkə yeni regional tərəfdaşlıq təşkilatı yaratdı

5 ölkə yeni regional tərəfdaşlıq təşkilatı yaratdı

ABŞ, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Böyük Britaniya “Sakit Okeandakı Tərəfdaşlar” (Partners in the Blue Pacific) adlı yeni regional tərəfdaşlıq təşkilatı yaradıb.

AzerTimes xəbər verir ki, Ağ Ev qeyri-rəsmi olan regional təşkilatın artıq işə başladığı barədə bəyanat yayıb.

“Təşkilatın köməyi ilə Avstraliya, Yaponiya, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-ın Sakit okeandakı rifahı, möhkəmliyi və təhlükəsizliyi güclü şəkildə təmin olunacaq və daha sıx əməkdaşlıq yolu ilə kollektiv gücdən istifadə ediləcək”, – bəyanatda bildirilir.

Qeyd edək ki, həmçinin yeni təşkilat azad və açıq beynəlxalq nizama təzyiqin artması fonunda formalaşır.

Teqlər: