Transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan Azərbaycan vətəndaşları saxlanılıb.
Axar.a 24.kg-ya istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.
Bildirilib ki, Qırğızıstanın milli təhlükəsizlik orqanlarının diqqətini beş əcnəbi çəkib: V.M.Əliyev, S.A.Bağırov, M.O.Əsgərov, M.S.Behbudov və Z.İ.Məmmədov.
“Daxil olan əməliyyat məlumatlarına görə, M.O.Əsgərov kriminal aləmdə “bradyaqa” statusuna malikdir. Kriminal mühiti gücləndirmək və oğru ideologiyasını yaymaq, habelə statusunu artırmaq məqsədi ilə cinayət ortaqları ilə birlikdə Qırğızıstana ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədi ilə gəlib. Postsovet məkanında təsiri olan bu qrup dövlətin (Qırğızıstanın) mütəşəkkil cinayətkarlığa qarşı fəal mübarizə siyasətinı qarşı bu addımı atmağa çalışıb”, – məlumatda qeyd edilib.
Vurğulanıb ki, cinayət planları Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məhbuslar və azadlıqda olan şəxslər arasında cinayət ideologiyasından kütləvi şəkildə imtina etmək və dövlət siyasətini daha da dəstəkləmək üçün həyata keçirdiyi tədbirlər fonunda yaranıb.