482-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

482-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 482-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 444 təyyarəsi, 240 helikopteri, 4713 PUA-sı, 426 zenit-raket kompleksi, 10222 tank və digər zirehli texnikası, 1126 reaktiv yaylım atəş sistemi, 5175 artilleriya və minaatanı, 11 066 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: