481-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

481-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 481-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 444 təyyarəsi, 240 helikopteri, 4700 PUA-sı, 426 zenit-raket kompleksi, 10192 tank və digər zirehli texnikası, 1125 reaktiv yaylım atəş sistemi, 5163 artilleriya və minaatanı, 11 047 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: