467-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

467-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 467-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 433 təyyarəsi, 236 helikopteri, 4486 PUA-sı, 424 zenit-raket kompleksi, 9431 tank və digər zirehli texnikası, 1114 reaktiv yaylım atəş sistemi, 5009 artilleriya və minaatanı, 10 688 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: