44 günlük savaşda Nikola daha çox Putin zəng edib. Niyə?

44 günlük savaşda Nikola daha çox Putin zəng edib. Niyə?

Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsini araşdıran parlament komissiyasının iclasında deyib ki, 44 günlük müharibə zamanı Rusiya Prezidenti Vladimir Putinlə 60 dəfə (!) telefonla danışıb. Bir sıra hallarda danışıqların təşəbbüskarı Kreml sahibi olub. Bu rəqəmin özü göstərir ki, Rusiya prezidenti Azərbaycanı Ordusunun uğurla irəliləməsinin qarşısını almağa çalışıb və Qarabağda separatizm ocağının tam ortadan qaldırılmaması üçün Nikol Paşinyana təsir etməyə çalışıb ki, o Azərbaycanın ilkin şərtlərini qəbul etsin.

AzerTimes xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın parlament çıxışını şərh edərkən bildirib.

O qeyd edib ki, Putinin bu telefon danışıqlarında digər məqsədi, nə yolla olursa-olsun, bölgədə “sülhpərvər” adıyla Rusiya ordusunu yerləşdirmək olub:

“Putin Cənubi Qafqazda müharibəni həm də ona görə dayandırmağa çalışıb ki, başqa dövlətlər Rusiyanı bölgədən sıxışdırmağa nail olmasınlar. Putin birinci məqsədinə nail olur, Qarabağ separatçıları ağır zərbələr alsa da, varlıqlarını tam itirmədilər. Putin ikinci məqsədinə də nail olur, Rusiya hərbçiləri bölgədə yerləşdirilir. Putin üçüncü məqsədinə nail olmur, başda Türkiyə olmaqla Avropa İttifaqı və ABŞ Cənubi Qafqazda varlıqlarını göstərirlər.

Biz 2 ildən sonra Rusiya hərbi kontingentini bölgədən çıxarmaqla, o cümlədən separatçıların tərk-silahına nail olmaqla və Qarabağın tamamına nəzarəti ələ keçirməklə Kreml sahibinin müharibə dönəmində əldə etdiyi hər iki uğuru heçə endirməliyik”.

Teqlər: