421-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

421-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 421-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 411 təyyarəsi, 228 helikopteri, 3779 PUA-sı, 415 zenit-raket kompleksi, 8757 tank və digər zirehli texnikası, 1090 reaktiv yaylım atəş sistemi, 4626 artilleriya və minaatanı, 9631 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: