419-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

419-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 419-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 407 təyyarəsi, 228 helikopteri, 3770 PUA-sı, 415 zenit-raket kompleksi, 8711 tank və digər zirehli texnikası, 1087 reaktiv yaylım atəş sistemi, 4614 artilleriya və minaatanı, 9582 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: