415-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

415-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 415-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 407 təyyarəsi, 228 helikopteri, 3753 PUA-sı, 415 zenit-raket kompleksi, 8672 tank və digər zirehli texnikası, 1084 reaktiv yaylım atəş sistemi, 4584 artilleriya və minaatanı, 9504 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: