405-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

405-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 405-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 405 təyyarəsi, 228 helikopteri, 3651 PUA-sı, 415 zenit-raket kompleksi, 8534 tank və digər zirehli texnikası, 1078 reaktiv yaylım atəş sistemi, 4501 artilleriya və minaatanı, 9292 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: