4 nepallı Ukraynaya əsir düşdü, hökumət qadağan etdi

4 nepallı Ukraynaya əsir düşdü, hökumət qadağan etdi

Nepal hökuməti öz vətəndaşlarının dövlətlər arasında münaqişənin iştirakçısına çevriləcəyindən qorxduğu üçün Rusiya və Ukraynada işləməyi qadağan edib.

AzerTimes xəbər verir ki, “Himalayan Tayms” məlumat yayıb.

Nəşrin məlumatına görə, Nepalın Məşğulluq Departamenti vətəndaşlarının Rusiya ordusu sıralarında xidmət etməsi ilə bağlı məlumat əldə edib. Hətta 4 Nepal vətəndaşı Ukrayna tərəfindən əsir götürülüb.

Qurum məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

Nəşr nepallı muzdluların Ukrayna Silahlı Qüvvələri sırasında da xidmət etməsi ilə bağlı məlumat yayıb. Lakin Nepal hökuməti bu məlumatı təqdiqləməyib.

Teqlər: