393-cü gün: Rusiyanın itkiləri açıqlandı

393-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 393-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 168 150 hərbçi, 3570 ədəd tank, 6898 ədəd zirehli döyüş maşını, 2608 ədəd artilleriya sistemi, 511 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 273 hava hücumundan müdafiə sistemi, 305 ədəd hərbi təyyarə, 290 ədəd helikopter, 5452 ədəd avtomobil texnikası, 2 203 ədəd PUA, 909 qanadlı raket, 18 gəmi/qayıq, 273 xüsusi avadanlıq itirib.

Teqlər: