39 yaşlı bank işçisi futbol oynayarkən qəfil öldü

39 yaşlı bank işçisi futbol oynayarkən qəfil öldü

Azərbaycanda bank işçisi futbol oynayarkən qəfildən ölüb.

AzerTimes Busaat.az-a istinadən xəbər verir ki, hadisə ötən axşam Gəncədə yerləşən özəl futbol meydançalarından birində baş verib.

“Access Bank”ın Gəncə filialının işçisi, 39 yaşlı Elçin Əhmədov futbol oynadığı zaman qəfil halı pisləşib və meydançada dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, mərhum sözügedən bankda 15 ilə yaxındır işləyirmiş. Onun səhhətində təzyiq problemi olduğu bildirilir.

Teqlər: