363-cü gün: Rusiyanın itkiləri açıqlandı

363-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 363-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 144 440 hərbçi, 3326 ədəd tank, 6562 ədəd zirehli döyüş maşını, 2338 ədəd artilleriya sistemi, 471 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 243 hava hücumundan müdafiə sistemi, 299 ədəd hərbi təyyarə, 287 ədəd helikopter, 5210 ədəd avtomobil texnikası, 2 023 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 226 xüsusi avadanlıq itirib.

Teqlər: