347-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

347-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 347-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 382 təyyarəsi, 206 helikopteri, 3023 PUA-sı, 403 zenit-raket kompleksi, 7750 tank və digər zirehli texnikası, 1007 reaktiv yaylım atəş sistemi, 4003 artilleriya və minaatanı, 8272 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: