“3+3” formatının ikinci iclasına hazırlıq görülür – Rusiya XİN

“3+3” formatının ikinci iclasına hazırlıq görülür.

AzerTimes-ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin
müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, regionun bütün ölkələrinin bu prosesə cəlb
olunması dialoqun qurulmasına, ticarət, energetika, sənaye,
innovativ texnologiyalar, infrastrukturun modernləşdirilməsi
sahələrində qarşılıqlı səmərəli layihələrin icrası vasitəsilə
İrəvanla Bakı, İrəvanla Ankara arasında dialoqun qurulması üçün
əlverişli şərait yaradacaq.

“İndiki mərhələdə “3+3″ formatının ikinci iclası üçün hazırlıq
aparılır. Bu görüşü ilin birinci yarısının sonuna kimi keçirməyə
ümid edirik. Nəqliyyat və iqtisadi əlaqələrin açılmasına gəldikdə,
bununla Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin
həmsədrliyi ilə müvafiq işçiq qrup məşğul olur. Bu istiqamətdə
böyük işlər görülüb. Regionda konkret layihələrin
reallaşdırılmasına imkan verəcək konkret nəticənin əldə olunması
üçün çalışırıq”, – A.Rudenko deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: