329-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

329-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 329-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 373 təyyarəsi, 200 helikopteri, 2898 PUA-sı, 401 zenit-raket kompleksi, 7563 tank və digər zirehli texnikası, 985 reaktiv yaylım atəş sistemi, 3855 artilleriya və minaatanı, 8101 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: