325 əcnəbi Azərbaycan vətətəndaşlığına qəbul edilib

Xəbər - Samir Əli – Trend:

“Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası vətətəndaşlığına qəbul edilib.

Bu barədə AzerTimes-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu şəxslərdən 31 nəfəri Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləridir.

Teqlər: