312-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

312-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 312-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 355 təyyarəsi, 199 helikopteri, 2779 PUA-sı, 399 zenit-raket kompleksi, 7350 tank və digər zirehli texnikası, 957 reaktiv yaylım atəş sistemi, 3756 artilleriya və minaatanı, 7859 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: