302-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

302-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 302-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 350 təyyarəsi, 188 helikopteri, 2694 PUA-sı, 399 zenit-raket kompleksi, 7191 tank və digər zirehli texnikası, 934 reaktiv yaylım atəş sistemi, 3700 artilleriya və minaatanı, 7707 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: