Ermənistanın Azərvaycana qarşı 30 ilə yaxın davam edən hərbi
təcavüzünə son verilməsi üçün bu illər ərzində ATƏT-in Minsk
Qrupunun həmsədri qismində ABŞ tərəfindən təəssüf ki, heç bir
effektiv addım atılmayıb.
AzerTimes-ın məlumatına görə, bu
barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti
idarəsinin ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin
müavinin açıqlamasına dair şərhində deyilir.
“25 mart 2022-ci il tarixində ABŞ Dövlət Departamentinin mətbuat
xidmətinin rəhbərinin müavini Calina Porterin KİV nümayəbdələri ilə
görüşü zamanı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı səsləndirdiyi
fikirlə bağlı Dövlət Departamentinin rəsmisinin diqqətinə
çatdırırıq ki, Ermənistanın Azərvaycana qarşı 30 ilə yaxın davam
edən hərbi təcavüzünə son verilməsi üçün bu illər ərzində ATƏT-in
Minsk Qrupunun həmsədri qismində ABŞ tərəfindən təəssüf ki, heç bir
effektiv addım atılmayıb.
Azərbaycan özü beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa
edib və BMT TŞ qətnamələrinin icrasını təmin edib. Hazırda “Dağlıq
Qarabağ” anlayışı mövcud deyil, Azərbaycanın tərkib hissəsi olan
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur.
Saxta erməni təbliğatı əsasında ABŞ Dövlət Departamenti rəsmisi
tərəfindən belə bir açıqlamanın verilməsi özü məsuliyyətsiz bir
davranışdır.
Bir daha vurğulamaq istərdik ki, Azərbaycan Respublikası öz
suveren ərazilərində fəaliyyət göstərir”, – XİN-in açıqlamasında
deyilir.