Xəbər - Fərid Zöhrabov – Trend:
“Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar martın 3-də
Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.
Trend xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin
rəsmisi Arzu Babayeva bildirib ki, ictimaiyyəti vəhşi təbiətin
mühafizəsinə cəlb etmək, fauna və flora növlərinin müxtəliflliyi
barədə məlumatlandırmaq və təbiətə qayğı göstərməyə səsləmək
məqsədilə “Ümumdünya Vəhşi Təbiət Günü” 2013-cü ildən bütün dünyada
qeyd edilir.
“Hər il müxtəlif adlar altında qeyd olunan “Ümumdünya Vəhşi
Təbiət Günü” bu il “Ekosistemlərin bərpası üçün əsas növlərin
bərpası” başlığı altında keçirilir”.
Xidmət rəsmisi bu əlamətdar günü təbiət qoynunda keçirmək
istəyən hər kəsi Abşeron yarımadasında, ölkənin şimal, cənub və
qərb hissəsində yerləşən, zəngin təbii landşafta və özünəməxsus
ekosistemə malik olan milli parklarımıza səyahət etməyə dəvət
edib.