297-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

297-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 297-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 344 təyyarəsi, 184 helikopteri, 2675 PUA-sı, 398 zenit-raket kompleksi, 7140 tank və digər zirehli texnikası, 931 reaktiv yaylım atəş sistemi, 3691 artilleriya və minaatanı, 7638 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: