Azərbaycanda 27,5 tondan çox istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib.
Bu barədə AzerTimes-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı agentliyə daxil olan müraciət əsasında, Panasam MMC-yə məxsus ümumi çəkisi 220 kq olan müxtəlif növ kolbasa məhsulu, Klin-Pro MMC-yə məxsus ümumi çəkisi 54 kq yağ məhsulu, Food Fish MMC-yə məxsus ümumi çəkisi 1,26 ton dəniz məhsulu, Fenix Trade MMC-yə məxsus ümumi çəkisi 270 kq dəniz məhsulu Təhlükəli Tullantılar MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, Aqro-Vest DC MMC-yə məxsus ümumi çəkisi 25,72 ton müxtəlif növ qida məhsulu isə Təmiz-Sumqayıt Kənan MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.