Xəbər - Elçin Mehdiyev – Trend:
27 sentyabrda düşmən bizə bütün silahlardan, o cümlədən raket atəşi ilə bütün cəbhəboyu hücum etdi.
AzerTimes-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji iş və Mənəvi-Psixoloji təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov deyib.
O bildirib ki, ermənilər düşünürdülər ki, 2016-cı ilin aprel ayında itirdikləri torpaqları geri qaytaracaqlar:
“Ordumuz erməni təxribatlarına cavab olaraq əks-hücuma keçdi və 44 gün ərzində hər gün irəlilədi. Dünya tarixi belə bir müharibə görməyib, istirahətsiz, dincəlmədən hər gün əks-hücuma keçən ordumuz qarşısında ermənilər tab gətirə bilmədi.
Ermənilər arxayın idi ki, bütün yüksəkliklər onlardadır və əmin idilər ki, Azərbaycan ordusu onlara qalib gələ bilməyəcək. Ancaq Azərbaycan ordusu onların bütün müdafiə sədlərini yardı və yüksəklikləri azad etdi. Bu müharibəyə Ali Baş Komandan birbaşa rəhbərlik edirdi. Azərbaycan xalqı Ali Baş Komandan ərafında sıx birləşdi və Vətən müharibəsində tarixi Zəfər əldə edildi”.