257-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

257-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 257-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 331 təyyarəsi, 170 helikopteri, 2458 PUA-sı, 387 zenit-raket kompleksi, 6421 tank və digər zirehli texnikası, 884 reaktiv yaylım atəş sistemi, 3562 artilleriya və minaatanı, 7109 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – məlumatda qeyd olunub.

Teqlər: