256-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

256-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 256-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 331 təyyarəsi, 169 helikopteri, 2442 PUA-sı, 386 zenit-raket kompleksi, 6398 tank və digər zirehli texnikası, 883 reaktiv yaylım atəş sistemi, 3560 artilleriya və minaatanı, 7086 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – məlumatda qeyd olunub.

Teqlər: