255-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

255-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 255-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 331 təyyarəsi, 169 helikopteri, 2435 PUA-sı, 386 zenit-raket kompleksi, 6335 tank və digər zirehli texnikası, 882 reaktiv yaylım atəş sistemi, 3554 artilleriya və minaatanı, 7048 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – məlumatda qeyd olunub.

Teqlər: