251-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

251-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 251-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 329 təyyarəsi, 167 helikopteri, 2402 PUA-sı, 384 zenit-raket kompleksi, 6233 tank və digər zirehli texnikası, 881 reaktiv yaylım atəş sistemi, 3544 artilleriya və minaatanı, 6937 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – məlumatda qeyd olunub.

Teqlər: