Xəbər - Humay Ağacanova – Trend:
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il sentyabrın 30-da qida məhsulları sahəsində fəaliyyət göstərən 25 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.