Bakının Nizami rayonunun polis şöbələrinin birində yeni rəis təyin edilib.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Xəzər RPİ 3-cü Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Seymur Qarayev vəzifəsindən azad edilib.
Polis polkovnik-leytenantı Seymur Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə rəis təyin olunub.