İranda ölənlərin sayına görə həyacan təbili çalınır

İranda ölənlərin sayına görə həyacan təbili çalınır

İranın Səhiyyə nazirinin müavini İrəc Herirçi ölkədə koronavirusla bağlı son statistikaya görə həyəcan təbili çalıb.

Təbrizdə jurnalistlərə açıqlama verən nazir müavini ölkədə koronavirusla mübarizədə artıq sarı, qırmızı və narıncı səviyyələrin mahiyyətinin olmadığını bildirib. Onun sözlərinə görə, belə davam edərsə, ölkədə virusdan ölənlərin sayı 45 minə çatacaq:

“İranın bəzi şəhərlərində koronavirusun yayılması partlayış həddindədir. Təbrizdə bir gündə yoluxanların sayı 40 nəfər idisə, bu gün bu rəqəm 160-a yüksəlib. Qumda isə say 10-dan 160 nəfərə qalxıb”.