248-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

248-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 248-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 327 təyyarəsi, 164 helikopteri, 2370 PUA-sı, 384 zenit-raket kompleksi, 6162 tank və digər zirehli texnikası, 878 reaktiv yaylım atəş sistemi, 3536 artilleriya və minaatanı, 6883 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – məlumatda qeyd olunub.

Teqlər: