242-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

242-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 242-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 325 təyyarəsi, 162 helikopteri, 2323 PUA-sı, 383 zenit-raket kompleksi, 5997 tank və digər zirehli texnikası, 874 reaktiv yaylım atəş sistemi, 3517 artilleriya və minaatanı, 6720 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – məlumatda qeyd olunub.

Teqlər: