24 saat ərzində rus hərbçiləri bir neçə istiqamətdə hücum etdi

24 saat ərzində rus hərbçiləri bir neçə istiqamətdə hücum etdi

24 saat ərzində rus hərbçiləri eyni anda bir neçə istiqamətdə cəbhəyə hücum etdilər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatında məlumat verilib.

“Ötən gün ərzində 71 hərbi toqquşma qeydə alınıb. Belə ki, düşmən Kupyansk istiqamətində Xarkov rayonunun Novosergiyevka qəsəbəsi ərazisində Liman istiqamətində mövqelərimizə 4 dəfə hücum edib, Müdafiə Qüvvələri Luqansk vilayətinin Nevskoye yaşayış məntəqələrində 3 hücumu dəf edib.

Əsgərlərimiz Baxmut istiqamətində Luqansk vilayətinin Beloqorovka, Donetsk vilayətinin Vyemka, Rozdolovka, Çasov Yar, Klişeyevka yaşayış məntəqələri ərazilərində 19 hücumu dəf ediblər. Düşmən, aviasiyanın dəstəyi ilə taktiki vəziyyəti yaxşılaşdırmağa çalışıb”, -məlumatda qeyd olunub.

Teqlər: