23 tonluq yararsız qida məhsulları məhv edildi

23 tonluq yararsız qida məhsulları məhv edildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

AQTA-dan AzerTimes-a verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, Star Farm MMC-yə məxsus ümumi sayı 7930 ədəd və Rahid Ramiz oğlu Hüseynova məxsus ümumi sayı 4196 ədəd bioloji aktiv qida məhsulu Təhlükəli Tullantılar MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, Aqro-Vest DC MMC-yə məxsus ümumi çəkisi 22,94 ton müxtəlif növ qida məhsulu isə EkoSum MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Teqlər: