22 yaşlı tələbəni sevgilisi boğub öldürdü – Ailəli imiş…

22 yaşlı tələbəni sevgilisi boğub öldürdü – Ailəli imiş…

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbəsi Könül Ramin qızı Ağayeva qətlə yetirilib.

AzerTimes xəbər verir ki, onun boğularaq öldürüldüyü iddia edilir.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, 22 yaşlı Könül sevgilisi tərəfindən qətlə yetirilib.

Belə ki, tələbə xanım ailəli olub. O, azyaşlı uşağını ərinin üstünə ataraq, evi tərk edib. Hadisə baş verən gün ailə qurmazdan öncə sevgili olduğu qrup yoldaşı ilə görüşüb. Oğlandan tələb edib ki, onunla evlənsin. Dava zamanı oğlanın başına külqabı çırpıb, onu söyüb, oğlan da onu naqillə boğaraq öldürüb. Sonra isə zirzəmidə basdırıb.

Teqlər: