22 təyyarə “Sabiha Gökçən”ə eniş edə bilmədi

22 təyyarə “Sabiha Gökçən”ə eniş edə bilmədi

İstanbulun “Sabiha Gökçən” hava limanına güclü duman səbəbindən 20-dən çox təyyarə eniş edə bilməyib.

AzerTimes xəbər verir ki, bu barədə məlumatı DHA yayıb.

“22 təyyarə “Sabiha Gökçən” hava limanına qatı duman səbəbindən eniş edə bilməyib və İstanbul hava limanına göndərilib”, – məlumatda bildirilib.

Qeyd edilib ki, hava limanının eniş zolağı bağlı olsa da, uçuş zolağı açıqdır.

Teqlər: