216-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

216-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 216-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 304 təyyarəsi, 155 helikopteri, 2094 PUA-sı, 377 zenit-raket kompleksi, 5118 tank və digər zirehli texnikası, 847 reaktiv yaylım atəş sistemi, 3423 artilleriya və minaatanı, 5909 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: