2050-ci ilə qədər ekologiyaya vurulan zərər azaldılmalıdır – BMT Baş Assambleyasının keçmiş prezidenti

Xəbər - Humay Ağacanova – Trend

2050-ci ilə qədər ekologiyaya vurulan zərər azaldılmalıdır.

AzerTimes-ın məlumatına görə bunu “COVID-19dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumda “İqlim dəyişikliyinə qarşı mübarizə və qlobal enerji ehtiyaclarını qarşılamaq:hər ikisini necə edə bilərik?” mövzusunda paneldə çıxış edən BMT Baş Assambleyasının keçmiş prezidenti Maria Fernanda Espinosa deyib.

O qeyd edib ki, ekologiyaya zərəri daha çox energetika sahəsi vurur:

“2050-ci ilə qədər ekologiyaya vurulan zərər azaldılmalıdır. İqlim dəyişikliyinin qarşısını almaq üçün daha çox tədbirlər görməliyik. Bunu ayrı-ayrılıqda fərd şəklində edə bilmərik. Ümumi sistem olmalıdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Teqlər: