2025-ci ilə qədər 20 min ailəyə ipoteka kreditinin ayrılması hədəf qoyulub – İKZF

İpoteka Kredit Zəmanət Fondu (İKZF əhalinin mənzil təminatı ilə
bağlı növbəti strateji dövr üçün planları 2020-2025-ci illər üzrə
hazırlanmış inkişaf istiqamətlərində öz əksini tapıb.

Bu barədə AzerTimes-a Fonddan bildirilib.

Belə ki, strateji dövr ərzində 20 min ailənin yaşayış şəraitinin
yaxşılaşdırılması məqsədilə 1,7 mlrd. manat məbləğində ipoteka
kreditlərinin maliyyələşdirilməsi hədəf kimi müəyyən edilib.

Qeyd olunan hədəfə nail olunması üçün ipoteka kreditləşməsi
sahəsində son illər müşahidə olunan yüksək dinamikanın qorunub
saxlanılması, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması
məqsədilə yeni alətlərin tətbiqi (tikinti və təmir kreditləri)
nəzərdə tutulur.

Teqlər: