2023-cü ilin turizm paytaxtı: Ərdəbil

2023-cü ilin turizm paytaxtı: Ərdəbil

Türkiyənin qurucularından biri olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) hər il 10 üzv ölkədən bir şəhəri “turizm paytaxtı” elan edir.

AzerTimes xəbər verir ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Ərdəbili “2023-cü ilin turizm paytaxtı” elan edib.

Məlumata görə, Ərdəbildə “Beynəlxalq Köçəri Festivalı” keçirilib. Mərasimdə təşkilata üzv olan 10 ölkənin Tehran səfirləri də iştirak edib.

Səfirlər və media nümayəndə heyətinin üzvləri birlikdə Ərdəbilin mühüm turizm yerlərini ziyarət ediblər.

Teqlər: