“Starlink” qlobal peyk sistemi Azərbaycanda internetə çıxışı
təmin edəcək.
Trend bu barədə “SpaceX” şirkətinə istinadən məlumat verir.
İnteraktiv xəritədə yerləşdirilən məlumata əsasən, Azərbaycanda “Starlink” internetinə çıxış imkanı 2023-cü ildə əlçatan
olacaq.
Qeyd edək ki, “Starlink” “SpaceX” şirkətinin idarə etdiyi peyk
internet sistemidir. Hazırda “Starlink” 32 ölkədə yüksəksürətli
internetə çıxışı təmin edir. Hazırda Yerin orbitində 2 200-dən çox “Starlink” peyki fəaliyyət göstərir.
(Tərcümə: Orxan Nəbiyev)