2022-ci ildə vergi ödəyicilərinin sayı 5,2 faiz artıb

2022-ci ildə vergi ödəyicilərinin sayı 5,2 faiz artıb

2023-cü ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.400.824 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

AzerTimes xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, 2021-ci il ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz (ümumi artımın 77,5 faizi), hüquqi şəxslərin sayı 9,6 faiz (ümumi artımın 22,5 faizi) artıb. Kommersiya qurumlarının sayında isə 10,5 faiz artım qeydə alınıb.

Teqlər: