2022-ci ildə 578 nəfər həmkarlar ittifaqı üzvü kurslara cəlb olunacaq

2021-ci ildə Əmək və Sosial Münasibətlər Akademiyasının
rektorluğu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) üzv təşkilatları ilə birgə həmkarlar ittifaqları kadr və
fəallarının təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində
səmərəli tədbirlər həyata keçirib, həmkarlar ittifaqı kurslarında
onların təhsilini təşkil edib.

Akademiyanın kurslarında 2021-2022-ci illər üçün təsdiq edilmiş
təhsil planına əsasən, həmkarlar ittifaqlarının 830 nəfər kadr və
fəalının təhsilə cəlb olunması nəzərdə tutulub.

2021-ci ilin sentyabr-noyabr aylarında həmkarlar ittifaqı kadr
və fəalları üçün təhsil planına uyğun olaraq, həmkarlar
ittifaqlarının bütün sahələrindən olan işçilərin hüquq və
mənafelərinin müdafiəsi, əməyin təhlükəsizliyi və sağlamlığı,
iqtisadiyyat və qlobal tendensiyalar, insan potensialının inkişafı
mövzuları üzrə silsilə kurslar təşkil edib. Ümumilikdə 2021-ci ilin
sentyabr-noyabr ayları ərzində 254 nəfər təhsilə cəlb edilib.

Pandemiya ilə əlaqədar olaraq 2021-2022-ci illər üçün həmkarlar
ittifaqı kadr və fəallarının təhsil planı (830 nəfər) mərhələlərlə
onlayn formatda həyata keçirilir. Belə ki, 578 nəfərin 2022-ci ildə
təhsilə cəlb olunması planlaşdırılır.

Akademiyada cari ilin təhsil planına uyğun olaraq, iyun ayına
kimi həmkarlar ittifaqı kadrlarının hazırlığına başlanacaq,
sentyabr-dekabr aylarında isə 1 günlük 112 nəfər, 2 günlük 97
nəfər, 3 günlük 117 nəfər (2022-ci ilin mart-iyun aylarında cəmi
-326 nəfər) seminarlara cəlb olunacaq.

2022-ci ilin sentyabr-dekabr aylarında əsasən yeni seçilmiş
həmkarlar ittifaqı komitələrinin sədrləri, tələbə həmkarlar
ittifaqı komitələri, gənclər şuralarının sədrləri, gender
problemləri üzrə komissiya sədrləri, əməyin mühafizəsi üzrə
müfəttişlər, əmək mübahisələrinə baxan komissiya üzvləri və bütün
həmkarlar ittifaqlarının bütün sahələrindən olan işçilər üçün
kurslar təşkil olunacaq. Bu kurslarda ümumilikdə 254 nəfər iştirak
edəcəkdir.

Teqlər: