2022-ci il Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

İkinci Qarabağ müharibəsinin gedişində dövlətimizin başçısı postkonflikt dövründə Cənubi Qafqazın siyasi arxitekturasını şərh edərkən gələcəkdə bütün istiqamətlər üzrə inteqrasiya və inkişafın, xüsusən də uzunmüddətli sülh və təhlükəsizliyin yaradılmasının vacibliyini bildirib. Bunun üçün Azərbaycan təkliflərlə çıxış edib və bu təkliflər Ermənistanın kapitulyasiyası hesab olunan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunub.

Vətən müharibəsi başa çatandan sonra regionda yaranan yeni geosiyasi və geoiqtisadi reallığın şərtləndirdiyi məsələlərdən biri də infrastrukturun qurulması ilə bağlıdır.
Bu layihə həm Ermənistanın, həm də Azərbaycanın, eləcə də bütün region dövlətlərinin mənafeyinə xidmət edəcək, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə qovuşmaqla beynəlxalq infrastruktura inteq­rasiya olunacaq, böyük həcmdə yük və sərnişindaşıma imkanlarını gerçəkləşdirəcək. Ən başlıcası isə işğalçı ölkənin üzləşdiyi dərin sosial-iqtisadi böhrandan çıxmasını gerçəkləşdirəcək.

AzerTimes-ın məlumatına görə, Tofiq Abbasovun təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “2022-ci il Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – ekspertlər Fərəc Quliyev, Mahir Abbaszadə və Elçin Mirzəbəyli mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: