2021-ci ildə 16 min şəxsin özünüməşğulluq proqramına cəlb ediləcək

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ildə 16 min şəxsin özünüməşğulluq proqramına cəlb ediləcək. AzerTimes-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

M.Abbasbəyli bildirib ki, proqramın genişləndirilməsi işlərində Dünya Bankı, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Kommersiya Bankları, BMT-nin İnkişaf proqramı ilə əməkdaşlığ davam etdiriləcək.


Onun sözlərinə görə, 2021-ci ildə İSO standartlarına uyğun 3 min mütəxəssis hazırlığının nəzərdə tutulur.

Teqlər: