Hesablama Palatasının “Azərbaycan Respublikasının 2021-ci il
dövlət büdcəsinin icrasına dair illik hesabat”ı müzakirələrdən
sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.
AzerTimes-ın məlumatına görə,
hesabat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Hesabatda qeyd olunur ki, 2021-ci il üçün dövlət büdcəsinin
gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8
faiz (969,3 milyon manat) çoxdur. Keçən il dövlət büdcəsinin
xərcləri isə 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı
3,9 faiz (1 120.6 milyon manat) az olub. Müvafiq olaraq dövlət
büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş
proqnozla müqayisədə 67,1 faiz azdır.