200 minlik Ukrayna ordusu üçün yardım toplanır

200 minlik Ukrayna ordusu üçün yardım toplanır

Bir neçə həftə ərzində NATO ölkələri Ukraynanın tələb etdiyi hərbçilər üçün qış geyim və texnikanın yarısını toplamağa nail olub.

AzerTimes xəbər verir ki, bu barədə “Şpiqel” nəşri məlumat yayıb.

Qeyd olunub ki, hələ iyul ayında Ukraynanın müdafiə naziri Aleksey Reznikov NATO Baş katibi Yens Stoltenberqə müraciət edib.

Belə ki, nazir 200 min əsgərin qış geyimləri (forma və qış ayaqqabıları) və qış çadırları ilə təmin edilməsi barədə sorğu göndərib. Sentyabrın əvvəlinə olan məlumata görə, tələb olunan məbləğin təxminən yarısı birgə səylər nəticəsində toplanıb.

Teqlər: